Xakkerlər məşhur serialın yeni bölümünü yaydılar

Xakkerlər məşhur serialın yeni bölümünü yaydılar
8 avqust 2017
# 11:08

Dünyanın ən reytinqli “Taxt-tac oyunları” serialının yeni, tamaşaçılara təqdim olunmamış bölümünün ssenarisi internetə yerləşdirilib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, NVO kabel kanalı şəbəkəsini sındıran xakkerlər yeni mövsümün beşinci bölümünün ssenarisini yayıblar.

Onlar NVO şəbəkəsinin sındırılmasına altı ay vaxt sərf ediblər.

Xakkerlər NVO-nun baş direktoru Riçard Pleferə videomüraciət göndərərək kanaldan pul tələb ediblər.

Bundan əvvəl xakkerlərin yeni mövsümün dördüncü bölümü haqda məlumatlar yaydığı deyilirdi.

Kanal rəhbərliyi isə sızdırılan xəbərlərin mənbəyinin xakkerlər olmadığını bəyan etmişdi.

# 1099 dəfə oxunub

Müəllifin son yazıları

# # #