"Döşlərini kəsərik"-Gülşiftə hədələndi

"Döşlərini kəsərik"-Gülşiftə hədələndi
13 fevral 2015
# 11:23

Son illər dünyada məşhurlaşan İran aktrisası Gülşiftə Fərahaninin fransız jurnalı üçün çılpaq şəkillər çəkdirməsi müzakirələrə səbəb olub. Kulis.Azın türk mətbuatına istinadən verdiyi məlumata görə “Eqoiste” jurnalında fotoları dərc olunan 31 yaşlı aktrisa ölkəsi İrandan böyük hədələr gəldiyini deyib.

2012-ci ildə bir moda çəkilişləri üçün sinəsi açıq şəkillər çəkdirən Fərahanini İran hökuməti ölkədən çıxarmışdı. Hazırda həyat yoldaşı ilə Fransada yaşayan Fərahani burada özünü azad hiss etdiyini bildirib.

Fərəhani İran hökumət nümayəndələrinin ailəsinə zəng edərək onu döşlərini kəsməklə cəzalandıracaqları ilə hədələdiyini də əlavə edib.

# 1563 dəfə oxunub

Müəllifin son yazıları

# # #