Xocalı haqqında yeni tamaşa nümayiş olunacaq

Xocalı haqqında  yeni tamaşa nümayiş olunacaq
21 fevral 2018
# 12:18

Fevralın 22-də Xocalı soyqırımının 26-cı ildönümü Gənc Tamaşaçılar Teatrında anılacaq.

Teatrdan Kulis.aza verilən xəbərə görə, anım mərasimi Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evini ilə birgə təşkil edilib.

Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq.

Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.

Qeyd edək ki, tamaşa fevralın 25-i saat 19-da geniş tamaşaçı auditoriyası üçün də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edir.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #