“ƏSA”nın növbəti tamaşası Şekspirdən olacaq

“ƏSA”nın növbəti tamaşası Şekspirdən olacaq
3 aprel 2017
# 13:53



“ƏSA” teatrı növbəti tamaşasını hazırlayır. Kulis.azın məlumatına görə əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı Uilyam Şekspirin “Yay gecəsində yuxu” romantik komediyasını səhnələşdirəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.

Premyera günü təyin edilib və tamaşaya hazırlıq davam edir. Budəfəki səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək.

Qeyd edək ki, tamaşa Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Təşkilati dəstək: British Council Azerbaijan, “Axtarış” Yaradıcılıq Emalatxanası.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

# # #