Gəncədə “11 B-Bilik günü” adlı film çəkilir

Gəncədə “11 B-Bilik günü” adlı film çəkilir
4 avqust 2016
# 10:44

Gəncədə “11 B-Bilik günü” adlı filmi çəkilir. Kulis.azın məlumatına görə filmin ssenari müəllifi və quruluşçu rejissoru Elnur Axundovdur.

90 dəqiqəlik film komediya janrındadır. Filmdə 11-ci sinif şagirdlərinin məktəb macəralarından bəhs edilir.

Filmin quruluşçu operatorları Vüsal Məhərrəmov, Rəşid Əliyarov, Anar İslam və Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzri, quruluşçu rəssamı isə Ruhiyyə Məmmədovadır.

Filmdə xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, Məmmədəli Balayevlə yanaşı gənc aktyorlar Murad Meyfəliyev, Hüseyn Cəfərov, Şəbnur Allahverdili, Akif Əliyev, Ruslan Bayramov və digərləri rol alıblar.

Filmin sentyabrda nümayişə çıxarılması planlaşdırılır.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #