Qarabağ şəhidinin sevgisi film olur

Qarabağ şəhidinin sevgisi film olur
26 fevral 2019
# 11:03

Qarabağ şəhidinin məhəbbət dramı filmə çəkilir.

Kulis.az-ın “Azərbaycanfilm”ə istinadən verdiyi xəbərə görə, studiyada Mədəniyyət Nazirliyinin sifarişi ilə “Sizə məktub var” adlı qısametrajlı filmin çəkilişlərinə hazırlıq görülür.

Məhəbbət dramı janrında çəkilən film Qarabağ müharibəsi zamanı yaşanan məhəbbətdən bəhs edir. Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində aparılacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Layihənin prodüseri Müşfiq Hətəmov, icraçı prodüseri Azər Quliyev, bədii rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Baş rollarda gənc aktrisa Dəniz Tacəddin, aktyorlar Əli Əlizadə, Məhəmməd Əlili oynayacaq.

# 3417 dəfə oxunub

Müəllifin son yazıları

# # #