“Danışan qayalar” filminin təqdimatı olub

“Danışan qayalar” filminin təqdimatı olub
10 noyabr 2017
# 17:59

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun akt zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Danışan qayalar” filminin təqdimatı keçirilib.

Fonddan bildirilib ki, film “Mədəniyyətin inkişafı və turizm potensialının təbliğinə dair təşəbbüslər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

Filmin ssenari müəllifi Müşfiq Borçalı, rejissoru Günay Novruz, redaktoru Müşfiq Cabiroğludur. /azertag.az/

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #