Gənc Tamaşaçılar Teatrının tətil repertuarı

Gənc Tamaşaçılar Teatrının tətil repertuarı
11 noyabr 2015
# 16:33

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı payız tətili ərəfəsində repertuarını təqdim edib. Kulisin məlumatına görə tətil günlərində orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələri göstəriləcək.

Noyabr ayının 11-dən – 22-dək teatrda hər gün olmaqla məktəblilər üçün “Hekayəti xırs quldurbasan” (M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), “Qoğalın nağılı” (Xalq nağılı), “Biri vardı, biri yox” (Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan gəlincik” (A.Şaiq), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşalarını təqdim edəcək.

Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam tamaşalarının daimi tamaşaçılarını da yaddan çıxarmayacaq.

Axşam tamaşaçıları bu ərəfədə “Ağ ölüm” (V.Siqarev), “Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Culyetta” (U.Şekspir), “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcəklər.

# 790 dəfə oxunub

Müəllifin son yazıları

# # #