Nizami Kino Mərkəzində dəyirmi masa olacaq

Nizami Kino Mərkəzində dəyirmi masa olacaq
21 iyul 2017
# 11:42

İyul 26-da Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası layihəsinin dəyirmi masa ətrafında müzakirəsi aparılacaq.

Müzakirədə Prodüserlər Gildiyasının üzvləri, ölkənin bir sıra mütəxəssisləri iştirak edəcək.

Qeyd edək ki, Film Komissiyası xarici çəkilişləri Azərbaycana cəlb edilməsi, müvafiq investisiyaların ölkəyə daxil olmasını asanlaşdırması, xarici kinematoqrafçılarla yerli film ictimaiyyəti arasındakı təcrübələr mübadiləsinin həvəsləndirməsi və regional turizmin inkişafına dəstəyin göstərilməsi baxımından unikal imkan kimi görünür.

# 1054 dəfə oxunub

Müəllifin son yazıları

# # #