Əlilliyi olan aktyorlar tamaşa oynayacaq

Əlilliyi olan aktyorlar tamaşa oynayacaq
17 noyabr 2016
# 16:08

Noyabrın 20-də Xəzər Universitetinin II korpusunda ƏSA Teatrının ilk tamaşası keçiriləcək.

Bu haqda Kulis.Aza teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə məlumat verib.

O bildirib ki, “DUMB Mərhələsinin əsası” adlı tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir.

Tamaşada Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə rol alacaq.

Tamaşanın biletləri Kibrit Book cafedə satılır. Əlilliyi olan insanlara pulsuz 30 bilet ayrılıb.

Xatırladaq ki, ƏSA teatrı əlilliyi olan aktyorlardan ibarətdir.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #