Heminquey Kuba və Amerikanı dostlaşdırdı

Heminquey Kuba və Amerikanı dostlaşdırdı
13 may 2014
# 15:54

Kubada məşhur yazıçı Ernest Heminqueyin bu ölkədəki yaşadığı dövr HAQQ;NDA bioqrafik film çəkilib. Bu, Hollivudun 1959-cu il inqilabından sonra Kubada ekranlaşdırdığı ilk filmdi.

“Ata” adlanan film yazıçı ilə dostluq etmiş, jurnalist Denn Bart Petiklerin ssenarisi əsasında çəkilib.

Filmin rejissor Bob Yari deyir: “Heminquey ən məşhur amerikalıdır ki, Kuba onun evi olub. Düşünürəm ki, Kuba xalqı indiyə kimi onu böyük sevgi və sayğıyla anır. Biz ümid edirik ki, bu film ölkələrimiz arasında uçurumun götürülməsində mühüm rol oynyacaq”.

Heminquey rolunu Adrian Sparks oynayıb.

Film üçün Amerikanın Maliyyə Nazirliyindən xüsusi lisenziya alınıb. Lisenziya filmin müəlliflərini Vaşinqtonun Kubaya qoyduğu embaroqodan dolayı yaranmış məhdudiyyətlərdən azad edib.

# 1500 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #