"Oturacaqlar" filmi Brüssel festivalında

"Oturacaqlar" filmi Brüssel festivalında
5 aprel 2019
# 16:13

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və “Next Generation” müsabiqə mərhələlərinə dəvət alıb.

Kulis.az-ın kinostudiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Brüssel şəhərində təşkil ediləcək festival aprelin 25-dən mayın 5-dək davam edəcək.

Azərbaycan və İngiltərə birgə istehsalı olan ekran əsərinin ssenarisi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar. Başqa həyat qurmuş aşiqlər indi yalnız həftədə bir dəfə görüşə bilirlər, amma görüşəndə də hisslərini büruzə verə bilməzlər. Onların yeganə ünsiyyət növü işıqla kontakta girməkdir; tövlə işığını yandırıb söndürməklə özlərini, hisslərini ifadə edirlər.

# 2288 dəfə oxunub

Müəllifin son yazıları

# # #