Bakıda Britaniya Film Festivalı başlayıb

Bakıda Britaniya Film Festivalı başlayıb
2 may 2018
# 09:55

Nizami Kino Mərkəzin “British Council Azerbaijan”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Britaniya Film Baharı Festivalı öz işinə başllayıb.

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, kinosevərlər dünəndən etibarən Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini izləmək imkanı qazanacaqlar.

Festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House) nümayiş ediləcək.

# 977 dəfə oxunub

Müəllifin son yazıları

# # #