İntiqam Hacılının filmi təqdim olunacaq

İntiqam Hacılının filmi təqdim olunacaq
6 aprel 2018
# 16:39

Aprelin 7-də saat 15-də Səda Teatrında rejissor İntiqam Hacılının "Atam, anam, bir də mən" sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, filmin operatoruluğu və montajı rejissorun özünə məxsusdur. Film İ.Hacılının kənddə ata-anası ilə necə yaşadıqlarından bəhs edir. Filmin rəng korreksiyasını Habil Muğanlı işləyib.

Qeyd edək ki, bu film İntiqam Hacılının sənədli kinoda ilk işidir. Hazırda rejissor ikinci filmi üzərində işləyir.

# 910 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #