Məşhur rus teatrı Bakıya qastrola gəlir

Məşhur rus teatrı Bakıya qastrola gəlir
10 noyabr 2017
# 14:31

Arkadi Raykin adına “Satirikon” Rusiya Dövlət teatrı Bakıya qastrola gəlir.

Tamaşalar dekabrın 22-i və 23-ündə Rus Dram Teatrında göstəriləcək.

Kulis.az-ın teatrdan əldə etdiyi məlumata görə, dekabrın 22-də Bakı tamaşaçılarına “Konstantin Raykin. Öz səsi ilə” adlı poetik monotamaşa göstəriləcək.

Bu monotamaşada Rusiyanın Xalq artisti Konstantin Raykin David Samoylov, Nikolay Zabolotskov, Nikolay Rubtsov, Osip Mandelştam, Lope de Veqa, Aleksandr Puşkin kimi sevimli şairlərinin şeirlərini oxuyacaq və şərh edəcək.

Dekabrın 23-də isə teatr Bakı tamaşaçılarına Molyerin “Zorən təbib” əsərinin tamaşasını (rej. K. Raykin) təqdim edəcək.

# 1601 dəfə oxunub

Müəllifin son yazıları

# # #