ADO-da “Meşşan toyu” olacaq

ADO-da “Meşşan toyu” olacaq
1 noyabr 2017
# 10:39

ADO teatrı (Azərbaycan Dağınıq Oda teatrı) yeni tamaşanın hazırlıq işlərinə başlayıb.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, kollektiv alman dramaturqu Bertolt Brextin "Meşşan toyu" pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlayıb.

Pyesə Elsa Furtado quruluş verir. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Tamaşanın rəssamı isə Leyla Quliyevadır.

Rolları aktyorlar İskra Tarrant, Elgün Həmidov, Aytən Əliyeva, Elmin Bədəlov, Zaur Hacızadə, Zərif Bəkirova, Kamal Aken, Ceyhun Zabitli ifa edəcək.

Tamaşanın premyerası dekabr ayının əvvəlinə planlaşdırılır.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

# # #