“Nar bağı” Hollandiyada nümayiş olunub

“Nar bağı” Hollandiyada nümayiş olunub
18 sentyabr 2017
# 13:41

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

APA-nın məlumatına görə, filmin nümayişlərində rejissor İlqar Nəcəf iştirak edib.

Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı” həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilmək üçün seçilib.

Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

# 1099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #