“Yarımçıq xatirələr” nümayiş olunacaq

“Yarımçıq xatirələr” nümayiş olunacaq
17 yanvar 2017
# 16:55

24 yanvar saat 15:00-da “Azərbaycanfilm”in istehsal etdiyi “Yarımçıq xatirələr” filmi nümayiş olanacaq. Kulis.azın məlumatına görə film Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda göstəriləcək.

Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçiriləcək tədbirdə filmin rejissoru Elxan Cəfərov və filmdə çəkilən aktyorlar iştirak edəcək.

Əsas çəkilişləri Belarusda – Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılan film 1941-ci ildə Brest qalası uğrunda döyüşmüş və 50 ildən sonra doğma Dağlıq Qarabağın erməni işğalçılarından müdafiəsinə qalxmış bir döyüşçünün taleyindən bəhs edir.

Giriş sərbəstdir.

Ünvan: A.Gəraybəyli küç., 7

Telefon: (012) 561-71-41

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #