Məşhur amerikalı prodüser vəfat etdi

Məşhur amerikalı prodüser vəfat etdi
2 aprel 2018
# 10:08

Amerikalı ssenarist, prodüser Stiven Boçko vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur ssenarist 74 yaşında dünyadan köçüb.

Uzun illər xəstəlikdən əziyyət çəkən S.Boçko kino aləmində çox populyar imza idi. 10 dəfə “Emmi” mükafatını qazanıb. Tamaşaçılar onun qələmindən çıxan bir neçə filmi sevərək izləyiblər. “Nyu-York polisi”, “Los Angeles qanunu” filmləri ən məhşurlarıdır.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #