"Bəxt üzüyü 2" çəkildi - TƏQDİMAT GƏLƏN İL OLACAQ

<b>"Bəxt üzüyü 2" çəkildi - <span style="color:red;">TƏQDİMAT GƏLƏN İL OLACAQ </b>
1 noyabr 2017
# 13:10

Məşhur Azərbaycan filmi “Bəxt üzüyü”nün davamı çəkilib.

Bu barədə Kulis.az-a filmin ssenari müəlliflərindən biri və prodüseri, əməkdar artist Tahir İmanov məlumat verib.

“Planet Parni iz Baku” komandasının birgə işi olan kinolayihənin adı “Bəxt üzüyü 2”-dir.

Tahir və Cabir İmanovların ssenarisi əsasında, Ənvər Mansurovun quruluş verdiyi ”Bəxt üzüyü 2”-nin çəkilişləri artıq başa çatıb. Filmin gələn il təqdim olunacağı nəzərdə tutulub.

Birinci filmin davamı olan yeni versiyada xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Firəngiz Rəhimbəyova, Rəfael Dadaşov və başqaları çəkiliblər. Həmçinin Tahir və Cabir İmanovlarla yanaşı “Planet Parni iz Baku” komandasının digər üzvləri olan Bəhram Bağırzadə və Azər Məmmədzadə də filmdə rol alıb.

Həmçinin Seda rolunun ifaçısı da unudulmayıb. Uzun illərdir Amerikada yaşayan Firəngiz Rəhimbəyova Tahir İmanovun dəvəti ilə Bakıya gələrək filmə yenidən Seda roluna çəkilib.

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

# # #