Tramp “Oskar”ı sərt tənqid etdi

Tramp “Oskar”ı sərt tənqid etdi
7 mart 2018
# 10:19

“Oskar” mükafatının 4 Mart tarixində keçirilən təqdimetmə mərasiminə münasibət bildirən Donald Tramp deyib ki, Amerika kinematoqrafında daha ulduz yoxdur.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə ABŞ prezidenti bu barədə özünün Twitter səhifəsində yazıb.

O, bildirib ki, yeganə ulduz özüdür.

“Problem ondadır ki, sizin prezidentinizdən başqa (əlbəttə zarafat edirəm) artıq ulduzunuz yoxdur”, - Tramp deyib. Onun sözlərinə görə “Oskar”ın builki reytinqi tarix boyu ən aşağı səviyyədədir.

Variety jurnalının məlumatlarına görə 2018-ci ildə mükafatın təqdimetmə mərasiminə baxan amerikalıların sayı ötən ilə nisbətən 16 faiz az olub.

# 1318 dəfə oxunub

Müəllifin son yazıları

# # #