Azərbaycanda detektiv film çəkilir

Azərbaycanda detektiv film çəkilir
1 fevral 2018
# 13:35

Ölkəmizdə ilk kriminal-detektiv janrda bədii filmin çəkilişlərinə başlanılıb.

“Yalquzaq” adlı filmi gənclər arasında sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərləri aşılmaq və yaradıcı-intellektual gənclərin aşkarlanması və dəstəklənməsi məqsədilə ekranlaşdırılır.

Ekran əsəri “Gənclərin Töhfəsi” İctimai Birliyi və “MY Prodoction”un birgə əməyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Teymur Nəcəfin rejissorluğu və ssenarisi əsasında çəkilir.

Film narkotik satışı, insan alveri, silah alveri və antik əşyaların qanunsuz satışı ilə məşğul olan kriminal qrupdan bəhs edir. Bu qanunsuzluğun qarşısını alan dövlətin güc strukturları operativ şəkildə öz bədii əksini tapır. “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq çəkilən film mart ayında kinoteatrlarda nümayiş olunacaq.

# 1438 dəfə oxunub

Müəllifin son yazıları

# # #