Məşhur rəssam muzeyə çılpaq gəldi

Məşhur rəssam muzeyə çılpaq gəldi
26 fevral 2015
# 17:29

Almaniyanın Münster şəhərinin Vestfal Dövlət İncəsənət və Mədəniyyət Tarixi Muzeyinin ziyarətçiləri 32 yaşlı İsveçrə rəssamı Milo Moyrenin çılpaq performansı ilə qarşılaşıblar. Kulis.Azın xarici mətbuata istinadən verdiyi məlumata görə Moyre qucağında körpə çılpaq şəkildə muzeyin zallarını gəzib.

O, “Çılpaq həyat: Frensis Bekon, Lüsyen Freyd, Devid Xokne və başqaları” adlı sərgi zamanı nümayiş olunan klassik nyu tablolarının qarşısında dayanıb. Muzeyə gələnlər qadının yanından sakitcə keçib tablolara baxıblar.

“Öz çılpaqlığı ilə Moyre ekspozisiyanın bir hissəsinə çevrilib” – bu fikirlər rəssamın öz saytında yazılıb. Bir çox sərgi iştirakçısı performansın kuratorlar tərəfindən təşkil olunduğunu düşünsə də Moyre muzeylə qabaqcadan heç nəyi razılaşdırılmadığını deyib.

Milo Moyre rəssam və performans ustasıdır. Almaniyada keçirilən “Art Köln” yarmarkasındakı şousu ilə məşhurluq qazanıb.

# 1942 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #