“Troya”da oynayan aktyor öldü

“Troya”da oynayan aktyor öldü
16 dekabr 2013
# 11:02

İrland əsilli Britaniya aktyoru Piter O Tul 82 yaşında vəfat edib. Kulis.Az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə O Tul Londonun xəstəxanalarından birində, uzun sürən xəstəlikdən sonra vəfat edib. Bunu aktyorun agenti Stiv Kenis bildirib.

Aktyora dünya şöhrətini 1962-ci ildə çəkildiyi “Ərəbistanlı Lourens” filmi ilə qazanıb.

Piter O Tul aktyor oyununa görə nominasiyada ən çox Oskarı olan aktyordur, hərçənd ki, o bunların heç birini almayıb. 2003-cü ildə onu incəsənətə töhfələrinə görə, fəxri “Oskar”a layiq görülüb.

Aktyor karyerası boyunca 50 filmdə oynayıb. Bunların arasında Odri Hepbernlə birgə çəkildiyi “Milyonu necə oğurlamalı” filmi də var. Həmçinin o, Tinto Brassın “Kaliqula”, Bernardo Bertolluççinin “Sonuncu imperator”, Hollivud blokbasteri “Troya” filmlərində də oynayıb.

O Tulun sonuncu işi 2014-cü ildə göstəriləcək “Yekaterina Aleksandriyskaya” filmi idi.

# 3336 dəfə oxunub

Müəllifin son yazıları

# # #