Fateh Akın yeni filmə başlayır

Fateh Akın yeni filmə başlayır
25 iyul 2017
# 10:07

“Divara qarşı”, Solu kitchen”, “İ am Juli”, “Yaşamın kıyısında” kimi filmlərlə məşhur olan türk kinorejissor Fateh Akın yeni “Rojava” adlanacaq kinolayihəyə start verib.

Bu barədə Kulis.az türk mətbuatına istinadən xəbər verir.

Rejissor Fateh Akın Suriya Rojava-da İŞİD-ə qarşı vuruşanlar haqqında bir layihə edəcəyini söyləyib.

Bundan əvvəl “erməni soyqırımı”na fokuslanan “Çapıq” filmi ilə tamaşaçı qarşısına çıxan Akın İnstagram hesabından qadın döyüşçünün təsvir olunduğu posteri “Yeni layihə” və “Dirəniş” etiketləri ilə paylaşıb.

[Haber görseli]

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

# # #