Nuri Bilgenin yeni filmi gəlir

Nuri Bilgenin yeni filmi gəlir
20 oktyabr 2016
# 14:30

Nuri Bilge Ceylan yeni film çəkəcəyini xəbər verib. Kulis.Azın türk mətbuatına istinadən verdiyi məlumata görə, “Armud ağacı” (“Ahlat ağacı”) adlanacaq film “Arte France Sinema”nın maliyyə dəstəyi ilə ekranlara çıxacaq.

Nuri Bilgenin bu filmindəki hadisələr Anadolu qəsəbəsində keçəcək. Film kitabını çap etməyə lazım olan pulu tapmaq üçün doğulduğu qəsəbəyə qayıdan, ancaq çiyinlərinə atasının borcları yüklənən ədəbiyyat sevdalısı Sinandan bəhs edəcək.

Rejissor filmlə bağlı bunları deyib: “İstəsək də, istəməsək də atamızdan bir çox xasiyyətlər bizə miras qalır. Məsələn, onların zəiflikləri, alışqanlıqları və daha başqa xasiyyətlər. Film bir oğulun istəməsə də atasının taleyini yaşamağından bəhs edir”.

Filmin 2018-ci ildə ekranlara çıxacağı düşünülür.

Xatırladaq ki, Nuri Bilgenin son filmi “Qış yuxusu” adlanır.

# 1177 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #