#

Tom Kruz ciddi xəsarət alıb

Tom Kruz ciddi xəsarət alıb
15 avqust 2017
# 10:54

Tom Kruzun “Müşkül tapşırıq-6” filminin çəkilişlərində ciddi zədə aldığı məlium olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, amerikalı aktyor Tom Kruz “Müşkül tapşırıq-6” filminin çəkilişlərində dekorasiyadan dama tullanarkən məsafəni düz hesablamayıb və topuğunun iki sümüyünü sındırıb.

“Zədə düşündüklərindən daha ciddi imiş. Tom ciddi zədə alıb, onun sağalmasına bir neçə ay lazım olacaq” – deyə çəkilişlərdə iştirak edənlərdən biri mətbuata xəbər verib.

Aktyorun aldığı zədəyə görə filmin çəkilişlərinin dörd ay saxlanılacağı məlum olub.

“O, məşhur ulduzdur, bütün film də onun ətrafında dövr edir,. Filmin sahiblərinin çəkilişi saxlamaqdan başqa yolu qalmadı” –deyə mənbə qeyd edib.

Kruzun ABŞ-da öz evində müalicə alacağı xəbər verilir.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #