Bakıda “18+” tamaşa oynanılacaq

Bakıda “18+” tamaşa oynanılacaq
1 may 2015
# 10:24

S.Vurğun adına Rus Dram Teatrında yeni tamaşa hazırlanır. Kulisin teatrın rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Məhəbbət üçbucağı” adlanan fransız komediyası “18+” məhdudiyyəti ilə tamaşaçılara təqdim olunur.

Tamaşanın rejissoru Aleksandr Şarovskiy, rəssamı Aleksandr Fyodorovdur.

Musiqi tətibatçısı Vladimir Neverovdur. Tamaşada xalq artisti Səfa Mirzəhəsənov, Əməkdar Artistlər Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov, Rüstəm Kərimov çıxış edəcək.

Mayın 16-da premyerası baş tutacaq tamaşanın biletləri artıq satışa çıxarılıb.

# 1011 dəfə oxunub

Müəllifin son yazıları

# # #