“Qara Bağ” filmi hazırdır

“Qara Bağ” filmi hazırdır
7 yanvar 2015
# 12:09

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” bədii filminin çəkilişləri yekunlaşıb.

Dram janrında olan qısametrajlı filmin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi-Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin rejissoru Amil Məmiyev, operatoru Rauf Qurbanəliyev, rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

Rejissor Amil Məmiyev deyib ki, filmin adının “Qara Bağ” olması təsadüfi deyil: “Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.”

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

# # #