Baş rejissor vəfat edib

Baş rejissor vəfat edib
2 fevral 2015
# 14:22

Ağdam Dram Teatrının baş rejissoru Elxan Mikayılov dünyasını dəyişib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytında məlumat verilib.

Mikayılov Elxan Cəbrayıl oğlu 1955-ci ildə Bərdə rayonu Xanqaraqoyunlu kəndində anadan olub.

1973-1979-cu illərdə o, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsində ali təhsil almışdır. 1988-1990-cı illərdə E.Mikayılov Kuybışev Akademik Dram Teatrında və Moskvanın Malıy Bronnıy Teatrında ali rejissorluq kursunu keçib.

1983-cü ildə E.Mikayılov Ağdam Dövlət Dram Teatrının aktyor ştatına daxil olunub. Burada aktyor kimi işlədiyi illər ərzində o, X.Hasilovanın «Həsrət»ində Həsrət, S.Vurğunun «Fərhad və Şirin»ində Fərhad, M.Lermontovun «İki qardaş»ında Aleksandr, A.Şaiqin «Fitnə»sində Bəhram şah və bu kimi müxtəlif janrlı əsərlərdə obrazlar yaradıb.

1994-cü ildən o, Ağdam Dövlət Dram Teatrının baş rejissorudur. Bu vəzifədə çalışdığı müddətdə E.Mikayılov C.Cabbarlının «Solğun çiçəklər», Ş.Qurbanovun «Sənsiz», M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və s. əsərlərə quruluş verib.

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Mikayılov Elxan Cəbrayıl oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

# 1150 dəfə oxunub

Müəllifin son yazıları

# # #