Yeni balet hazırlanır

Yeni balet hazırlanır
21 dekabr 2017
# 11:22

Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinin quruluşu üzərində iş aparılır.

Teatrdan Kulis.az-a verilən məlumata görə, tamaşa Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcəkdir. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün tanınmış mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət edib.

Tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova ifa edəcəklər.

# 915 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #