Azdramada Quran çiçəyi

Azdramada Quran çiçəyi
30 sentyabr 2015
# 11:04

Azdramada Quran çiçəyi

Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının ictimai baxışı keçirilib. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə Erik Emmanuel Şmittin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey) əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı) çıxış ediblər.

Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir.

Qeyd edək ki, fransız yazıçısı və dramaturqu Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

# 1447 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #