“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu
15 may 2026
# 11:03

Mayın 14-də başlayan “Xarıbülbül” musiqi festivalının açılış günündə Cefri Verbokun “Şuşa, sevgilim” adlı sənədli filminin nümayişi olub.

Kulis xəbər verir ki, film bir sənət əsəri olmaqdan daha çox Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması missiyasını daşıyan bir layihədir.

Bu film həm də Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verbokun Ulu Öndər Heydər Əliyevə illər öncə verdiyi vədin yerinə yetirilməsinin rəmzidir: Azərbaycan muğamını və Qarabağın mədəni irsini dünyaya tanıtmaq, Şuşanı sənət vasitəsilə yaşatmaq. “Şuşa, sevgilim” məhz həmin sadiqliyin bədii ifadəsidir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər