Aktyor və rejissor Konstantin Xabenski öz prodüser mərkəzini bağlamaq qərarına gəlib.
Kulis.az xəbər verir ki, "Konstantin Xabenskinin prodüser mərkəzi" 2024-cü ilin may ayından mərhələli şəkildə fəaliyyətini dayandırıb. Buna səbəb, mərkəzin pul itkiləri yaşamasıdır.
Qeyd edək ki, Xabenski 130-dan çox filmdə rol alıb, "Sobibor" filminin rejissorudur, 2021-ci ildən A.P.Çexov adına Moskva Bədii Teatrının direktoru və bədii rəhbəridir.