Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı
4 iyul 2025
# 17:25

Oskarlı rejissor Aleksandr Peynin münsiflər heyətinə rəhbərlik edəcəyi Venesiya Film Festivalı avqustun 27-də başlayacaq. Sentyabrın 6-dək davam edəcək festivalın açılış filmi bəlli olub.

Kulis.az xəbər verir ki, festivalın açılış filmi rejissor Paolo Sorrentinonun "La Grazia" filmi olacaq

Filmdə “Böyük gözəllik” filmindəki rolu ilə tanınan Toni Servillo ilə yanaşı, axırıncı dəfə Ferzan Özpetekin “Almazlar” filminə çəkilən Anna Ferzetti də çəkilib.

Qeyd edək ki, "La Grazia" Servillo və Sorrentinonun yeddinci işbirliyidir.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

# # #