Türkiyədə SİYAD film laureatlarına namizədləri açıqladı

Türkiyədə SİYAD film laureatlarına namizədləri açıqladı
1 mart 2023
# 17:06
 

Türkiyənin Sinema Yazarlar Dərnəyinin 55-ci Türk Sineması Mükafatlarına namizəd olan filmlər bəlli olub.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il kinoteatrlarda nümayiş etdirilən yerli kinolar üçün 11 fərqli kateqoriyada namizədlər dərnək üzvlərinin səsləri ilə müəyyən edilib.

Emin Alperinin rejissoru və ssenari müəllifi olduğu “Kurak günler” filmi 10 kateqoriyada 11 nominasiyanı və Tayfun Pirselimoğlunun "Kerr" filmi 10 nominasiyanı qazanıb.

Mükafatlarda Ferit Karahanın "Okul Tıraşı" filmi 8, Emre Erdoğdunun "Beni Sevenler Listesi" və 2022-ci ilin ən çox izlənilən filmi "Bergen" 7 nominasiyanın sahibi olublar.

“Zuhal” filmi 5, “Anadolu leopari” filmi 4, “Dirlik Düzenlik”, “Bana Karanlığını Anlat” və “Dilberay” filmləri bir nominasiyanı qazanıb.

Elan edilmiş namizədlər SİYAD üzvlərinin səs verməsindən sonra “İlin ən yaxşı filmi” adı ilə müəyyən ediləcəkdir.
Mükafatlandırılma mərasiminin zamanı hələ açıqlanmayıb.

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #