Trier reabilitasiya mərkəzinə yerləşdirildi - Səbəb

Trier reabilitasiya mərkəzinə yerləşdirildi - Səbəb
17 fevral 2025
# 11:36

Parkinsondan əziyyət çəkən danimarkalı rejissor Lars von Trier reabilitasiya mərkəzinə yerləşdirilib.

Kulis.az xəbər verir ki, rejissorun dostu, "Zentropa"nın prodüseri Luiz Vest bununla bağlı instaqram hesabında açıqlama verib:

"Lars hazırda müalicə olunur. O, burada qayğı ilə əhatə olunub və daha rahat işləyir".

Qeyd edək ki, 68 yaşlı danimarkalı rejissora 2022-ci ildə Parkinson diaqnozu qoyulmuşdu.

Müəllif kinosunun görkəmli nümayəndələrindən hesab olunan rejissor "Melankoliya", "Qaranlıqda rəqs", "Dalğaları yararkən" filmləri ilə tanınır.

# 451 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #