Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

Tom Holland, aktyor

Tom Holland, aktyor

24 iyul 2026
# 17:20

Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq.

Kulis.az xəbər verir ki, bu haqda aktyor iştirak etdiyi verilişlərdən birində məlumat verib.

O, "The Odyssey" və "Spider-Man: Brand New Day" filmlərinin təqdimat turlarını tamamlayan kimi dərhal növbəti böyük layihəsinə hazırlıqlarına başlayıb.

Aktyor amerikalı rəqqas, xoreoqraf və aktyor Fred Asterin həyatından bəhs edəcək bioqrafik film üçün artıq məşqlərə başladığını bildirib.

O, dublyordan istifadə etməyəcəyini və bütün rəqs səhnələrinin tək kadrla çəkiləcəyini deyib.

Qeyd edək ki, uşaqlıqda balet və müasir rəqs təlimi alan aktyor bu rolu öz karyerasının ən böyük sınağı kimi dəyərləndirib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər