“Titanik” filminin qəhrəmanları sağ qala bilərdi? - İddia

“Titanik” filminin qəhrəmanları sağ qala bilərdi? - İddia
17 dekabr 2022
# 11:20

Ceyms Kameron ekranlaşdırdığı “Titanik” filminin sonunda filmin qəhrəmanı Cekin Titanikdə öldüyünü sübut etmək üçün tibbi ekspertiza təşkil edib.


Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Di Kaprionun canlandırdığı obrazın filmin finalında sağ qala biləcəyi ilə bağlı illərlə davam edən tamaşaçı mübahisələrindən yorulan "Titanik"in rejissoru Ceyms Kameron mübahisələrə son qoymaq qərarına gəlib.


Belə ki, rejissor Leonardo Di Kaprio və Keyt Uinsletin qəhrəmanları ilə eyni bədən quruluşuna və bədən çəkisinə malik bir həkim-ekspert və iki kaskadyoru işə götürüb. Cek Dousonun niyə sağ qala bilməyəcəyinin bəlli olacağı eksperimentin nəticələrini Cameronun National Geographic üçün "Titanik" filminin çəkilişləri ilə bağlı sənədli filmində təqdim edəcəkş

Kameron bir neçə dəfə filmin qəhrəmanı Di Kaprionun sağ qalmaq üçün heç bir şansının olmadığına eyham vuraraq demişdi:

“Filmdəki “sal”ı əks etdirən hipotermiya mütəxəssisi ilə hərtərəfli məhkəmə-tibbi ekspertizası apardıq. Eksperiment zamanı buzlu suda olan iki kaskadyorun üzərinə də xüsusi sensorlar yerləşdirdik və onların müxtəlif xilasetmə üsullarından istifadə edərək sağ qalıb-qalmadıqlarını yoxladıq. Təcrübənin nəticələrinə görə, məlum oldu ki, yalnız bir nəfər sağ qala bilər”.

# 2401 dəfə oxunub

Müəllifin son yazıları

# # #