"Tərsinə 2"nin ilk treyleri rekord qırdı

"Tərsinə 2"nin ilk treyleri rekord qırdı
14 noyabr 2023
# 10:55

"Tərsinə 2" (Inside Out 2) animasiya filminin bir neçə gün əvvəl yayımlanan ilk treyleri rekord qırıb.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, treyler 24 saat ərzində 157 milyon baxış toplayaraq Disney tarixində ən çox baxılan treyler olub.

"Tərsinə 2" 2015-ci ildə Oskar mükafatı almış "Tərsinə" filminin davamıdır.

Qeyd edək ki, film 14 iyun 2024-cü ildə yayımlanacaq.

Inside Out 2 üçün həyəcanlı gözləmə: Onun ilk treyleri rekord qırdı - 1

# 1489 dəfə oxunub

Müəllifin son yazıları

# # #