Tarantino sonuncu filmi üçün ssenari yazdı

Tarantino sonuncu filmi üçün ssenari yazdı
15 mart 2023
# 10:30

Amerikalı rejissor və ssenarist Kventin Tarantino özünün yeni və böyük ehtimalla sonuncu filminin ssenarisini yekunlaşdırmaq üzrədir.


Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, ssenarinin adı “Film tənqidçisidir”dir. Əsərdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir. Məlumatda qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu film tənqidçilərin biri olan Polin Keylə həsr oluna bilər.

Çəkilişlərin bu ilin payızından başlanması planlaşdırılır. Hazırda Tarantino filmin lentə alınması üçün hər hansısa kinostudiya ilə müqavilə bağlamayıb.

“The Hollywood Reporter” vurğulayır ki, yeni əsər 59 yaşlı Tarantinonun karyerasında sonuncu tammetrajlı film ola bilər.

Xatırladaq ki, 2018-ci ildə Kventin Tarantino kino sahəsini tərk edəcəyini açıqlamışdı.

# 1220 dəfə oxunub

Müəllifin son yazıları

# # #