Şeron Stounun yeni filmi bəlli olub

Şeron Stounun yeni filmi bəlli olub
23 oktyabr 2024
# 12:26

"Basic Instinct", "Globe", "Girov" və "Ratched" kimi filmlərdəki rolları ilə tanınan amerikalı aktrisa Şeron Stoun "In Memoriam" filmində rol alacaq.

Kulis.az xəbər verir ki, Mark Maronun baş rolda oynadığı filmdə "Full Moon Killers" filmi ilə şöhrət qazanan Lili Qladstoun da yer alacaq.

Film komediya janrındadır. Rob Burnett tərəfindən yazılmış və elə onun rejissorluq etdiyi film ölümcül xərçəng diaqnozu qoyulduqdan sonra Oskar mükafatının "In Memoriam" bölməsində görünməyə həvəsli olan aktyor haqqındadır.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

# # #