“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu
31 iyul 2026
# 13:50

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

Kulis.az xəbər verir ki, qaliblərin siyahısını təqdim edir:

I yer: Azər Allahverdi “Ruzgar”

II yer: Nurlan Həsənli, Naiq Babayev “Anam xaric”

III yer: Şəbnəm Xeyrulla “Meşə növbətçisi”

Bununla yanaşı, məzmun və dramaturji baxımdan yüksək qiymətləndirilən daha üç ssenari diplomla təltif olunub:

Elvin Məcidli “Akvarium” ədəbi ssenarisində ailə içi münasibətlərin uşaq baxışından həssas təsvirinə görə

Rövşən Məmmədov “Qardaşım” ədəbi ssenarisində böyümək mövzusunu fəlsəfi-sosial müstəvidə yüksək ustalıqla ifadə etdiyinə görə

Reyhan Yusifqızı “Qapı arxasında “O” ədəbi ssenarisində vicdan mövzusunun orijinal bədii həllinə görə diplomlarla təltif olunur.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı qalibləri və diplomla təltif olunan müəllifləri təbrik edir, onların gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər