“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot
28 fevral 2026
# 12:38

ABŞ-də "Scream 7" filminin Hollivud premyerası qalmaqalla yadda qalıb.

Kulis.az xəbər verir ki, premyeraya toplaşan qonaqları bir qrup fəal plakatlarla qarşılayaraq ekran işinə boykot çağırışı edib və filmi izləməməyə səsləyib.

Etirazçılar “Nümayişi ləğv edin!” şüarları səsləndirib, həmçinin "Paramount Pictures" şirkətini İsraili tənqid edən aktyorlar üçün qara siyahı yaratmaqda ittiham ediblər. Aksiyada “Scream” franşizasının keçmiş ulduzu Melissa Barreraya dəstək ifadə olunan plakatlar da nümayiş olunub.

Qeyd edək ki, “Scream 7” məşhur qorxu seriyasının növbəti hissəsidir və franşiza uzun illərdir janrın ən populyar layihələrindən biri hesab olunur.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər