"Şarlotta"nın çəkilişləri yekunlaşdı

"Şarlotta"nın  çəkilişləri yekunlaşdı
5 sentyabr 2025
# 17:13

Rejissor Əli-Səttar Quliyevin 2026-cı ildə təqdim olunacaq “Şarlotta” adlı qısametrajlı bədii filminin çəkilişləri artıq yekunlaşıb.

Kulis.az xəbər verir ki, melodram janrında olan filmin ssenari müəllifi Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, rəssamı Səbinə Cəfər, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə rollarda Murad Şükürlü, Şamil Süleymanlı, Əbülfəz İskəndərov, Sara İsmayılova və Rüstəm Babazadə çəkilib.

Yaş həddi 12+ olan film, xaricə yola düşməzdən əvvəl pişiyini mehriban əllərə tapşırmağa çalışan gənc oğlan haqqında melanxolik dramdır. Rejissorun sözlərinə görə, bu hekayə onun üçün yalnız bir pişiklə vidalaşmaqdan ibarət deyil. O, bu filmlə insan həyatında ayrılıq anlarının necə dərin iz buraxdığını göstərmək istəyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilati dəstəyilə çəkilən layihəyə Ultra Production və Cult Baku Mədəniyyət Klubu təşkilati dəstək göstərib. İTV, CNF Production və Narimanfilm də filmə dəstək olub. Metrajı 13 dəqiqə olan filmin premyerası Nizami Kino Mərkəzində baş tutacaq.

Qeyd edək ki, Əli-Səttar Quliyev daha əvvəl “Əlvida, Şmidt!”, “Olimpia” və “Stadionlar səssiz olanda” filmlərinin rejissoru olub.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər