Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi
29 noyabr 2023
# 13:35

Rusiyanın Xalq artisti Mixail Boyarskinin səhhətində problem yaranıb.

Kulis.az Rusiya KİV-ə istinadən xəbər verir ki, infarkt keçirən 73 yaşlı sənətçi Sankt-Peterburqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyəti stabilləşən aktyor reanimasiyadan palataya köçürülüb.

Qeyd edək ki, aktyorun oynayacağı tamaşalar yanvarın 2-nə təxirə salınıb.

# 706 dəfə oxunub

Müəllifin son yazıları

# # #