Rusiyanın Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Ailəsindən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.