Rusiyanın seks simvolu iflic oldu

Rusiyanın seks simvolu iflic oldu
23 sentyabr 2024
# 14:18

Rusiyanın Əməkdar artisti, sovet kinosunun seks simvolu Yelena Kondulaynenin bədəninin yarısı iflic olub.

Kulis.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Aktrisa Moskvada xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, o, xəstəxanada 44 gün qalıb. Sənətçinin bədəninin sağ tərəfi iflic olub. Buna səbəb Yelenanın keçirdiyi insult olub və onun beyni zədələnib. O, yeriməkdə, nitqində və yaddaşında problemlər yaşayır. Aktrisa halsızlıq və başgicəllənmədən şikayətlənir.

Qeyd edək ki, Yelena 2020-ci ildə də insult ilə xəstəxanaya yerləşdirilib.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #