“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi
3 noyabr 2026
# 09:30

Nizami Kino Mərkəzində əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, “RTV Slovenija”nın istehsalı olan film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş Azərbaycan qəhrəmanının döyüş yoluna işıq salır.

Premyerada Mehdi Hüseynzadənin ailə üzvləri Hənifə Əlizadə və Mehdi Əzizbəyov qəhrəman partizanın həyat və döyüş yolunun ekran əsərində əks olunmasının onun irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər