Məşhur türk aktrisa Pınar Denizin növbəti layihəsi bəlli olub.
Kulis.az xəbər verir ki, o, Nuri Bilge Ceylanın yeni filmində baş rolu canlandıracaq.
Yay aylarında çəkilməsi planlaşdırılan ekran işinin çəkilişləri İstanbul və Egey bölgəsində aparılacaq. Filmin süjeti və Pınar Denizin canlandıracağı obrazla bağlı detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, Nuri Bilge Ceylan axırıncı dəfə Merve Dizdara Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatını qazandıran “Kuru otlar üstüne” filmini çəkmişdı. Rejissor həmçinin “Üç maymun”, “Bir zamanlar Anadoluda”, “Kış uykusu”, “Ahlat ağacı” və “Uzak” kimi filmləri ilə tanınır.
Rejissor “Kış uykusu” filmi ilə Kann Film Festivalında baş mükafata - “Qızıl Palma budağı”na layiq görülüb.